Günlər uzanır, heç kəs gəlmir...

Qadının təkliyi

Eh, bu nə ümidsizlikdir
Gecədə
Yerimin içində
Tək yaşayan qonşu qadının
ağrıdan iniltisini və
Bethovenin musiqisini dinləyirəm…
“Təklik” deyə vahiməli
qadın pıçıltısı gəlir qulağıma…
Tək yaşayan qadınların kişisidir ağrı,
Xəstəlik…
Hələ üstəlik
Bir az da gərginlik və əsəb…
Ah, qadın və əzab…
Sevgi görməyən gözlərini
Torpaqdan ayır
Göyə bax,
Ay saçını darayır…
Allahdan sevgi istə
Özünçün qucaq-qucaq
Bu dəfə sonundan başla,
Axşama günəş çıxacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir